16 İyul 2019
Mətni dəyiş
Ukraynada dövlət dili haqda yeni qanun qüvvəyə minib. İndi ukrain dili bütün ictimai sferalarda hakim dilə çevriləcək, rus dilini isə heç fərqli xalqlararası ünsiyyətdə belə istifadə etmək olmayacaq.
Yeni qanun bu gün, iyulun 16-dan qüvvəyə minəcək. Ali Radanın qəbul etdiyi qanun ukrain dilini bütün ictimai çevrələrdə ünsiyyət dili kimi və həmçinin dini ayinlərin dili kimi istifadə etməyi tələb edib.
Qanun rus dilinə hansısa qadağa qoymur, həmçinin başqa etnik azlıqların dillərinə də hər hansı qadağa tətbiq olunmur. Milli azlıqların dil hüquqları Ukraynanın üzv olduğu Avropa Şurası çərçivəsində razılaşmalarda qorunur. Ancaq, rus dili Ukraynada artıq xalqlararası ünsiyyət dili statusunu itirir. Bundan sonra həmin status ukrain dilinə keçməlidir.
Bundan öncə, Ukraynada "Dövlət qulluğu haqda qanun"un tələblərinə görə dövlət məmurları mütləq ukrain dilini bilməliydilər. Bundan sonra isə ukrain dilində bilmək bütün Ukrayna vətəndaşlarının həmçinin vətəndaşlıq almaq istəyənlərin qarşısına tələb kimi qoyulur.
Yeni qanuna görə rus dili Ukraynada yaşayan 100-dən çox milli azlığın dili kimi tanınır. Ancaq bu dilin təkcə etnik ruslar tərəfindən istifadəsinə imkan verilir. Rusca kitab çap etmək, qəzet çap etmək, televiziya açmaq, təhsil almaq da olar, ancaq ruslar başqa yerli xalqlara ünsiyyətdə mütləq ukrain dilindən istifadə etməlidir.