Hökumətin yeni tərkibi: Baş naziri Conson qardaşına kabinetdə yüksək vəzifə verib

Hökumətin yeni tərkibi: Baş naziri Conson qardaşına kabinetdə yüksək vəzifə verib
26 İyul 2019
Mətni dəyiş

İngiltərənin yeni baş naziri Boris Conson Tereza Meydən təhvil aldığı hökumətin yeni tərkibini açıqlayıb.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Tereza Meydən hökuməti təhvil alan Boris Conson yeni formalaşdırdığı nazirlər kabinetində qardaşı Co Consona yüksək vəzifə verib.

Məlumata görə, baş nazir İş, Energetika və Sənaye Nazirliyində və Təhsil Nazirliyində Co Consona nazirin birinci müavini vəzifəsini verib. Həmçinin, baş nazir qardaşına nazirlər kabinetinin iclaslarına da qoşulmaq hüququ verib.

İngiltərə siyasi sistemində hökumət kabinetində sahələr üzrə şəxslər dövlət katibi (secretary of state) onların əsas (birinci) müavinləri isə nazir (minister) adlanır.

Co Conson T.Meyin iqtidarı zamanında da Nəqliyyat Nazirliyində London şəhərinə nəzarət edən şəxs kimi fəaliyyət göstərib. O, Tereza Meyin "Brexit" (İngiltərənin Avropa İttifaqından çıxması prosesi) layihəsinə etiraz əlaməti olaraq öz vəzifəsindən istefa etmişdi.

Məlumata görə, Co Consonun qardaşı Boris Consonla də sözügedən layihədə fikir ayrılıqları var.

Həmçinin, İngiltərənin yeni baş naziri Boris Conson türk əsilli olması ilə gündəmdədir. Onun atasının babası Osmanlı dövründə Britaniyaya köçüb.

Hökumətin tərkibində kimlər var?

Boris Conson Avropa Birliyindən çıxma prosesisini qətiyyətlə həyata keçirəcəyini, razılıq əldə olunsa da, olunmasa da oktyabrın 31-nə qədər AB-dən çıxacağını bildirib. Baş nazir bu müddətdə ona yoldaşlıq edəcək nazirləri də müəyyənləşdirib.

Xarici işlər naziri Dominik Raab

Tereza Mey hökumətində Breksit naziri vəzifəsini aparan Dominik Raab bu postda sadəcə 3 ay qaldı. 2018-ci ilin oktyabr ayında istefa verdi, amma bu dəfə xarici işlər naziri kimi geri qayıtdı.

Jurnalistlərə açıqlama verən Raab ona həvalə olunan vəzifə ilə bağlı şəfər duyduğunu bildirib. Onun sözlərinə görə, İran ilə baş verən böhranla bağlı tələsik qərarlar verməyəcək.

"Bizim üçün hazırda ən vacib məsələ oktyabrın axırına qədər Avropa Birliyindən ayrılmaqdır. Daha yaxşı olar ki, bu proses müqavilə ilə başa çatsın."

Daxili işlər naziri Priti Pattel

DİN-in başına 47 yaşlı siyasətçi gətirilib. Breksit və Boris Conson tərəfdarı kimi tanına Pattel edam cəzasının geri gətirilməsini və beynəlxalq humanitar yardımların kəsilməsi kimi mübahisəli fikirləri müdafiə edir.

2017-ci ildə beynəlxalq inkişafdan məsul dövlət katibinin köməkçisi vəzifəsində çalışan Pattel israilli rəsmilərlə icazəsiz görüşlərə qatıldığı ortaya çıxandan sonra vəzifəsindən istefa etmişdi.

Maliyyə naziri Sajid Javid

Bundan əvvəlki hökumətdə daxili işlər naziri vəzifəsində olan Sajid Javid Conson hökumətindən Maliyyə Nazirliyinə gətirilib.

Pakistan əsilli ailənin övladı olan Sajid Javid 2010-cu ildə siyasətə gəlməmişdən əvvəl bank sektorunda işləyib.

Breksit naziri Stifin Barkli

Baş nazir Breksit naziri Stifin Barklini vəzifəsində saxlamağa qərar verib. O, 2018-ci ildə Dominik Raabın istefasından sonra bu vəzifəyə gətirilmişdi.

AB ilə müzakirələrin dayandırıldığından bəri çox da aktiv görünməyən Barlkinin yenidən önəmli pozisiya əldə edəcəyi düşünülür.

Müdafiə naziri Ben Uolas

9 il ingilis ordusunda çalışan Kipr daxil bir çox ölkədə işləyən Ben Uollas yeni kabinetdə müdafiə naziri oldu.

Mey hökumətinə yüksək vəzifələrdə çalışanda Uollas İngiltərənin AB-də qalmasını dəstəklədiyini bildirib və razılaşmasız birlikdən çıxmağın təhlükəsizlik baxımından böyük prolemlərə səbəb olacağını bildirirdi.

May hükümetinde üst düzey görevlerde bulunan Wallace, İngiltere'nin AB'de kalmasından yana görüş sunmuş ve anlaşmasız Brexit'in güvenlik açısından önemli sorunlara neden olabileceğini ifade etmişti.

Digər dövlət katibləri

  • Təhsil üzrə - Qavin Uilyamson
  • Beynəlxalq Ticarət - Yelizabet Trass
  • Səhiyyə - Matt Hankok
  • Ətraf Mühit - Tereza Villiers
  • Mədəniyyət - Niki Morqan
  • İqtisadiyyat - Andrea Lidsom
  • Ədliyyə - Robert Bakland
  • Beynəlxalq inkişaf - Alok Şarma
  • Əmək - Amber Rud

Tereza Mey hökumətində nazir olanlardan isə bir çoxu təyinatlardan kənar qalıblar. Onların bir çoxu istefa veriblər, bir hissəsi isə təyinatlarda yer almayıblar.

Boris Consonun ən ciddi rəqibi təklif edilən vəzifədən imtina edib

Keçmiş xarici işlər naziri və Mühafizəkarlar Partiyasının liderliyi uğrunda ən güclü iki namizəddən biri olan Ceremi Kant yeni kabinetdə yer almayıb. O bildirib ki, xarici işlər naziri vəzifəsini davam etdirmək istəsə də, ona başqa vəzifə təklif edilib, buna görə də hökumətin tərkibində yer almaqdan imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun