İndoneziya və Efiyopiyada 'Boeing 737 MAX' təyyarəsi ilə qəzaya düşən insanların ailələri 'Boeing' şirkətindən 100 milyon dollarlıq təzminat tələb edib. Şirkət də bu təzminatı ödəyəcəyini açıqlayıb.
Bu haqda "Euronews" telekanalı xəbər yayıb. Məlumata görə, 'Boeing' şirkəti həmçinin ABŞ-dan təzminat məsələləri ilə bağlı ekspert Ken Faynberqi də işə götürüb.
Keçən il aprel ayında 'Boeing 737 Max' təyyarəsinin İndoneziyada mart ayında isə Efiyopiyada qəzaya uğraması nəticəsində 346 nəfər həyatını itirmişdi.
Hadisələrdən sonra amerikan təyyarə istehsalçısının şirkətində işə götürülən ekspert Ken Faynberq qəza qurbanları üçün dərhal zərərçəkmə protokolları hazırlamağa başlayacağını demişdi.
ABŞ-da 11 sentyabr hücumları sonrası da daxil olmaqla bir çox yardım fondlarını idarə edən ekspert Faynberq deyib ki, 'Boeing' şirkətinin ayıracağı pulun 50 milyon dolları hökümət və QHT layihələri üçün xərclənəcək, 50 milyon dolları isə ailələrə ödənəcək.
'Boeing' şirkətinin hissələrinin qiyməti iyul ayında 1,9 faiz artdıqdan sonra 'Boeing' qəzalarında ölənlərin ailələri şirkətin 100 milyon dollarlıq təzminat ayırmasını qınayan bəyanatla çıxış etmiş. Bu addımın şirkətin özünü reklamına hesabladığını iddia etmişdilər.