Azad Rəhimov da Rövnəq Abdullayevin oğlu kimi bahalı 'Richard Mille' saatı gəzdirir

Azad Rəhimov da Rövnəq Abdullayevin oğlu kimi bahalı 'Richard Mille' saatı gəzdirir
13 İyul 2019
Mətni dəyiş

Gənclər və idman naziri Azad Rəhimov SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev kimi bahalı "Richard Mille" saatı gəzdirir.

Bu barədə mühacirətdə yaşayan hüquq müdafiəçisi Emin Hüseynov araşdırma aparıb. Onun sözlərinə görə, bahalı saatın brendi eyni olsa da, Azad Rəhimovun Rövnəq Abdullayevin oğlundan yeqanə fərqi həmin brendin modeli və qiymətindədir.

Araşdırma onu qöstərib ki, Azad Rəhimovun "Richard Mille RM030 Balack Dash" saatı 150 min, Rəşad Rövnəq oğlu Abdullayevin isə "Richard Mille50-03 McLarenF1" saatı 1 milyon 300 min dollardı.

Məsələ ilə bağlı Azad Rəhimovdan münasibət almağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Xatırlatma

Yaxın günlərdə Britaniya mətbuatı İspaniyanın İbiza kurortunda azərbaycanlı məmur övladının 1.2 milyon avroluq saatının oğurlandığını xəbər etmişdi

İctimai fəalların araşdırmalarından sonra həmin saatın SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevlə məxsus olduğu iddia olunmuşdu.

İddiaların üstündən 2 həftədən çox vaxt keçməsinə baxmayaraq nə Rövnəq Abdullayev, nə də onun oğlu məsələ aydınlıq gətirməyib.

Bir neçə gün əvvəl isə beynəlxalq jurnalist araşdırmalar konsorsiumu OCCRP Rövnəq Abdullayevin 25 yaşlı oğlunun bahalı saat həvəskarı olmasından yazdı.

Yazıda Rəşad Abdullayevin daha bir milyonluq saatından bəhs olunurdu. Müəllif "Roger Dubuis” brendinin "Excalibur Quatuor” saatının dəyərinin 1 milyon dollar olduğunu bildirirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun