Azərbaycan vətəndaşları üçün Rusiyada yaşamaq hüququ sadələləşdirilib

Azərbaycan vətəndaşları üçün Rusiyada yaşamaq hüququ sadələləşdirilib
25 İyul 2019
Mətni dəyiş

Müxtəlif ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarının Rusiyada müvəqqəti yaşamaq icazəsinin alınması və oturum alması prosedurları sadələşdirilib.

Bu barədə Rusiyanın “Parlament qəzeti” xəbər yayıb. Məlumata görə, Dövlət Duması bununla bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Dumanın sədri Vyaçeslav Volodin bildirib ki, bu qanun öz kökləri ilə Rusiyaya bağlı olan və rus dilində danışan insanları bürokratik əngəllərdən azad etmək məqsədilə qəbul edilib.

"Qanuna əsasən indi müvafiq sənədləşmə maksimium qısa müddətdə həyata keçiriləcək".

Spiker deyib ki, bu layihə prezident Vladimir Putinin tapşırığı əsasında hazırlanıb.

Bu qanun Azərbaycanla yanaşı, Ermənistan, Türkmənistan, Latviya, Gürcüstan və digər ölkələrin vətəndaşlarına da şamil ediləcək.

Bü ölkələrin vətəndaşları müvəqqəti yaşayış üçün icazə istədikdə, müvafiq mürəciətə 6 ay deyil, 4 ay ərzində baxılacaq. Oturum izni isə (вид на жительство) bundan sonra müddətsiz olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun