Avstriya rus zabiti bu ölkədə casus fəaliyyətində ittiham edir

Avstriya rus zabiti bu ölkədə casus fəaliyyətində ittiham edir
26 İyul 2019
Mətni dəyiş
Avstriyanın Zalzburq şəhəri prokurorluğu 65 yaşlı rus İqor Zayçevi Avstriya boyu casus şəbəkəsi yaratmaqda və avstriya ordusunun polkovnikini məxfi əməkdaşlığa cəlb etməkdə ittiham edib. Avstriyanın daxili işlər nazirliyi Rusiya vətəndaşı Zayçevi Rusiya silahlı qüvvələrinin baş qərargahına işləməkdə şübhəli bilir və beynəlxalq axtarışa verib. Bu haqda iyulun 25-də Avstriya qəzeti "Kronen Zeitung" xəbər verib. Prokurorluq bildirildiyinə görə, casus fəaliyyətinin ifşasına xarici kəşfiyyat xidməti kömək edib. Həmin xidmətin əməkdaşları avstriyalı ilə rusiyalının görüşünü izləyiblər. Görüş zamanı hərbçi Zaytsevdən ötürdüyü məlumatların müqabilində nağd şəkildə 30 min avro pul alıb. Avstriyalı polkovnik ötən ilin noyabr ayının 9-da dövlət sirrinin Rusiyaya ötürülməsində şübhəli bilinərək saxlanılıb. Adı açıqlanmayan hərbçi təqsirini etiraf edib. Məlum olub ki, o, Avstriya Müdafiə Nazirliyinin struktur planlaşdırma şöbəsində işləyib və idarədə aparılan vacib danışıqlar barədə məlumatlı ola bilərdi. Lakin onun gizli məlumatlardan xəbərsiz olduğu deyilir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun