Avropa Birliyində işsizlik ən aşağı səviyyəsinə düşüb: cəmi 7,5 faiz

Avropa Birliyində işsizlik ən aşağı səviyyəsinə düşüb: cəmi 7,5 faiz
1 İyul 2019
Mətni dəyiş

Avropa Birliyi ölkələri tarixində işsizlik ən aşağı səviyyəyə enib. May ayında bu rəqəm 2008-ci ildəki ən aşağı göstərici ilə eyniləşib. Ən az işsizlik isə Almaniya, Niderland və Maltada qeydə alınıb.

Avropa statistika təşkilatı olan "Eurostat"-ın 2019-cu ilin aprel ayı üçün 19 Avropa ölkəsində apardığı təhlillərə görə işsizlik səviyyəsi 7,5 faizə enib. Bu 2018-ci ildəkindən azdır. 2018-ci ildə bu rəqəm 8,3 faiz olub.

[embed]https://twitter.com/EU_Eurostat/status/1145618042535104512?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed&ref_url=https%3A%2F%2Fwww.dw.com%2Fru%2F%25D1%2583%25D1%2580%25D0%25BE%25D0%25B2%25D0%25B5%25D0%25BD%25D1%258C-%25D0%25B1%25D0%25B5%25D0%25B7%25D1%2580%25D0%25B0%25D0%25B1%25D0%25BE%25D1%2582%25D0%25B8%25D1%2586%25D1%258B-%25D0%25B2-%25D0%25B5%25D0%25B2%25D1%2580%25D0%25BE%25D0%25B7%25D0%25BE%25D0%25BD%25D0%25B5-%25D0%25B4%25D0%25BE%25D1%2581%25D1%2582%25D0%25B8%25D0%25B3-%25D1%2580%25D0%25B5%25D0%25BA%25D0%25BE%25D1%2580%25D0%25B4%25D0%25BD%25D0%25BE-%25D0%25BD%25D0%25B8%25D0%25B7%25D0%25BA%25D0%25BE%25D0%25B3%25D0%25BE-%25D1%2583%25D1%2580%25D0%25BE%25D0%25B2%25D0%25BD%25D1%258F%2Fa-49427882[/embed]

2019-cu ildə ən aşağı işsizlik səviyyəsi isə Almaniyada (3,1 faiz) qeydə alınıb. Almaniyanı Niderland (3,3 faiz) və Malta (3,5 faiz) izləyir. Ən yüksək işsizlik səviyyəsi isə Yunanıstanda (18,1 faiz), İspaniya (13,6 faiz) və İtaliyada (9,9 faiz) qeydə alınıb.

Almaniya Federal Məşğulluq Agentliyi də əvvəlki aylarla müqaisədə ölkədə işsizllərin sayının 20 min nəfər azalaraq 2,216 milyon nəfərə çatdığını bəyan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun