Amazonda meşələrin qırılması sürətlə artır

Amazonda meşələrin qırılması sürətlə artır
4 İyul 2019
Mətni dəyiş
Braziliyanın Amazon meşələrində iyun ayında meşə örtüyünün azalması 88 faizə qədər artıb. Ekoloji aktivistlər Braziliya prezidenti Bolsonaronun ətraf mühitin qorunması sahəsindəki bəyanatlarının meşə örtüyünün azalmasında təsirli olduğunu deyirlər. Bu haqda Cənubi Amerikada çıxan "El Latino" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə dünyanın ən böyük tropik meşələrinə sahib olan Amazon meşələrinin 60 faizinə sahib Braziliyada meşəsizləşmə prosesi iyun ayında daha da sürətlənib və ölkə meşələrinin 88,4 faizinə qədərini itirib. Ölkənin 920 kvadrat kilometr meşələri artıq yoxa çıxıb. Braziliyanın kosmik agentliyinin məlumatına görə son 12 aylıq dövrdə ölkənin 4 min 565 kvadrat kilometr ərazisi meşə örtüyünü itirib və bu keçən illə müqaisədə 15 faiz daha çoxdur. Braziliyanın Ekologiya naziri Rikardo Salles meşələrin qeyri-qanuni qırılması ilə mübarizə üçün hər şeyi etdiklərini deyib. Salles Amazona təkcə son bir həftədə bu məqsədlə 17 hərbi qrup yolladıqlarını deyib. Dünya ekoloji hərakatçıları isə Braziliyadakı bu böhran vəziyyətində ölkə prezidenti Jair Bolsonaronu ittiham edirlər. Ekoloji aktivistlərin sözlərinə görə prezident mütəmadi olaraq Amazon meşələrinin inkişaf etdirilməsi və meşəsizləşdirmədən xeyir güdənləri cəsarətləndirməsi ilə bağlı çağırışlarına görə qınanır. İfrat sağçı Bolsonaro yanvar ayında Braziliya prezidenti kimi hakimiyyətə gəldikdən sonra mədən sənayesi ilə bağlı nəzarət mexanizmlərini yumuşaltmağa çalışıb. Dünya Ətraf-Mühit Təşkilatı istiləşməyə qarşı insanlığın ən böyük müdafiəsi olan Amazon meşələrinin Bolsonaro dövründə təhdid altına qaldığını elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun