Almaniyanın Saksoniya vilayətinin Leypsiq şəhər bələdiyyəsi şəhərdəki bütün uşaq bağçalarının yemək menyusundan donuz ətli məhsulları - kolbasa, kotlet, şnitsel qidalarını çıxarıb.
Bu barədə "Deutsch Welle" xəbər yayıb. Məlumata görə, bu haqda şəhər şəhər baxçalarının rəhbərləri valideynlərə yolladığı məktubda bildirib:
"Dəyişən cəmiyyətimizin üzvlərinə görə, iyulun 15-dən uşaq bağçaları uşaqlar üçün içində donuz əti olmayan qidaları sifariş etməyə başlayacaq".
Yeni qayda həmçinin daxilində jelatin olan şirniyyatlara da aiddir. Almaniyada düzəldilən jelatin mənşəlli marmeladlar və digər şirniyyatların tərkibində donuz ətindən istifadə olunur.
Leypsiq şəhərinin uşaq bağçalarına təqribən 300 müsəlman ailəsinin uşaqları gedir.
Yerli uşaq bağçalarının birinin rəhbəri Volfanq Şefer deyir ki: "Əgər bizim bağçaya hətta cəmi bir müsəlman ailəsinin uşağı gəlsəydi belə, biz yenə də bu qaydaları tətbiq edəcəkdik".