Almaniyanın iki böyük xristiyan kilsəsi, katolik və protestantlığa olan rəğbət getdikcə zəifləməyə başlayıb. Uzun müddətdir üzvlərini itirən hər iki kilsə 2018-ci ildən bəri zəifləməyə doğru gedir. Bu problem haqda alman "Spigel" dərgisi yazır
2017-ci ildə alman katolik və protestant kilsələrinin üzvləri 44,8 milyon nəfər olub, bu il isə 660 min nəfər azalaraq 44,14 milyon nəfərə düşüb. Təkcə bu il katolik kilsəsi 2016 min 78, protestant kilsəsi isə 220 min üzvünü itirib. Kilsələr icmalarının kiçilməsində insanların şəxsi seçimlərindən əlavə demoqrafik amillərin də mühüm rol oynadığını bildirirlər. Buna baxmayaraq Katolik kilsəsi statistikalarının bədbin olduğunu bildirib, belə 2018-ci ildə bütün Almaniyada bu dini istiqamətə 176 min 532 nəfərin xaç suyuna çəkilmə, din dəyişdirmə və s. yollarla daxil olduğunu bəyan edib, buna qarşılıq 2018-ci ildə bu ölkədə 243 min 706 nəfər katolik xrsitian dünyasını dəyişib. Protestant kilsəsi isə 2018-ci ildə bu kilsəyə 195 min yeni icma üzvü qatılarkən, 340 min nəfər kilsə üzvünün də vəfat etdiyini elan edib.
Alman katolik kilsəsinə bağlı olan Essen kilsəsinin maliyyələşdirdiyi bir araşdırmaya görə kilsə icması kilsəni bir neçə səbəbdən tərk edib. Bunlardan birincisi kilsə vergisi ödəmək məcburiyyəti, digəri insanların kilsəyə yadlaşması, kilsələrin ibtidai sayılacaq ayinlər və mühazirələr keçirməsi, inancla bağlı şübhələr və kilsədaxili seksual zorakılıq qalmaqallarıdır.
2017-ci ilə aid məlumatlara görə Almaniya xalqının 37 faizi özünü gansısa dinə və yaxud inanc qrupuna aid hesab etmir, insanların ancaq 28 faizi katolikliyə, 26 faizi isə protestantlığa inanır. Almaniyada müsəlmanların sayı isə əhalinin 5 faizini təşkil edir.