ABŞ-ın etirazına baxmayaraq Türkiyə Rusiyadan S-400-lərin ilk partiyasını alıb

ABŞ-ın etirazına baxmayaraq Türkiyə Rusiyadan S-400-lərin ilk partiyasını alıb
13 İyul 2019
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp tərəfindən ABŞ Təhlükəsizlik Şurasının rəhbərliyinə namizəd göstərilən general Mark Milley Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemlərini alacağı təqdirdə Amerika istehsalı olan F-35 döyüş təyyarələrindən məhrum ediləcəyini və təyyarələrin Türkiyəyə verilməsindən imtina ediləcəyini deyib.

Milley ABŞ konqresinə məktubunda "Vəzifəmə təsdiq olunacağım təqdirdə Türkiyənin S-400 raketlərini qəbul etməsiylə F-35 təyyarələrinin Türkiyəyə satılmasına son verilməsini və Türkiyənin F-35 proqramından kənarlaşdırılmasını tövsiyyə edəcəm" -deyə bəyan edib.

S-400-ün F-35 kimi təyyarələri vurmaq üçün düzəldilən bir sistem olduğunu deyən Milley bildirib ki, Türkiyə F-35-ləri alıb S-400-lərin yaxınından istifadə edərsə bu S-400 radar sisteminin F-35-lərlər bağlı gizli məlumatları rus hərbçilərinə verməsi demək olacaq.

Digər tərəfdən iyulun 12-də Türkiyə Müdafiə Nazirliyi S-400 raketlərinin birinci hissəsinin artıq qəbul olunduğunu bəyan edib. Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, S-400 hava hücumundan müdafiə sistemi Ankarada 12 iyul 2019-cu ildən etibarən yerləşdirilməyə başlayıb.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu isə S-400-lərin alınmasıyla bağlı deyib ki, artıq Rusiya ilə müqavilələr bağlanıb, başqa heç bir problem yoxdur.

Türkiyə mediyasının xəbərinə görə, ilkin olaraq Türkiyə Rusiyadan raketlər və onların qutu sisteminin hissələrini alıb, raketlər qurulandan sonra isə radar sistemi qurulacaq.

S-400 raketlərinin 600 km-lik bir ərazini nəzarətdə saxlaya bilmə qabiliyyəti olduğu və 400 km-ə qədər uzaqlığı raketlə vura bildiyi deyilir. Bu sistemin qurulması üçün Türkiyəyə iyun ayında Rusiyadan 9 nəfərlik bir heyət gəlib, daha 60 nəfərlik heyətin gələcəyi də gözlənilir.

[caption id="attachment_32806" align="aligncenter" width="700"] S-400 raket sistemləri[/caption]

S-400-lər hal-hazırda dünyada istifadə olunan ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur. Rusiyanın Soyuq Müharibə dövründə inkişaf etdirməyə başladığı bu raketlər dördüncü nəsli təmsil edir.

Rusiya S-400-ləri 1993-cü ildə S-300 raketlərinin bazasında yenidən inkişaf etdirməyə başlasa da Rusiyanın içində düşdüyü müharibə və iqtisadi böhranlar bu raketlərin yaradılmasını gecikdirdi. S-400 sistemləri quruluşuna görə 70-80 faiz daha əvvəlki model olan S-300-lərlə eynidir.

S-400-lər insanlı və insansız hər cür uçan aparatı, həmçinin də raketləri zərərsizləşdirmə qabiliyyətinə malikdir. Raketlərin normal vurma uzaqlığı 400 km-dir və ən yüksəyi 30 km hündürlüyü vura bilir.

Adıçəkilən raketlər hər dəfə iki raket ataraq eyni zamanda 80 hədəfi vura bilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun