Şimali Afrika və Yaxın Şərqin ən geniş və dərin araşdırmasına görə ərəblər getdikcə daha az dindar olduqlarını deyirlər.
'Arab Barometer' tədqiqat şəbəkəsi 'BBC News Arabic' üçün 2018-ci ilin sonlarından, 2019-cu ilin yaz aylarına qədər Fələstin ərazisi də daxil olmaqla 10 ölkədə 25,000-dən çox insan arasında sorğu keçirib.
Araşdırmanın nəticələri qadın hüquqları və miqrasiyadan tutmuş, təhlükəsizlik və cinsəlliyə qədər bir sıra məsələlərdə ərəblərin necə düşündüklərini göstərir.
Sorğunun nəticələrini aşağıda verilmişdir.
2013-cü ildən etibarən, regionda "dindar olmayan" insanların sayı 8%-dən 13%-ə qalxıb. Araşdırmaya görə, artım ən çox 30 yaşadək olanlar arasındadır, onların arasında 18%-i dindar olmadığını bildirib. Yalnız Yəməndə bu kateqoriya üzrə azalma görünür.
Regionun əksəriyyəti qadınların baş nazir və ya prezident olmaq hüququnu dəstəkləyib. Yalnız Əlcəzair istisna olmaqla, burada sorğuda iştirak edənlərin 50% -dən azı qadın dövlət başçısını məqbul hesab edib.
Ailə həyatına gəldikdə isə əksəriyyət – qadınların da böyük qismi daxil olmaqla – hesab edirlər ki, ailə ilə bağlı qərarlarda son söz hər zaman kişilərdə olmalıdır. Yalnız Mərakeş əhalisinin yarıdan az hissəsi son qərar verənin kişilər olmalı olduğunu düşünür.
Homoseksuallığın qəbul edilməsi regiona görə dəyişir, lakin ümumilikdə bütün regionda aşağı, hətta hədsiz çox aşağı səviyyədədir.
Livanın qonşularından daha çox sosial liberal hesab olunmasına baxmayaraq, burada rəqəmlər 6%-i göstərir.
Namus qətli ailə üzvünün, xüsusilə də qadının, ailənin şərəfinə xələl gətirməsi iddiası ilə yaxınları tərəfindən öldürülməsidir.
Sorğuda iştirak edən bütün bölgələrdə Donald Trampın Yaxın Şərq siyasəti hər iki liderlə müqayisədə axrıncı yerdə olub.
Əvəzində isə araşdırma aparılan 11 bölgədən 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşləri daha çox təqdir olunub.
Livan, Liviya və Misirdə isə Vladimir Putinin siyasəti Ərdoğanınkından daha öndə olduğu qeyd edilib.
Nəticələrdə hər ölkəin göstəricilərinin ümumi faizi 100-ə çatmır, çünki 'bilmirəm' və ya 'cavab verməkdən imtina edirəm' deyənlər siyahiya daxil edilməyib.
Təhlükəsizlik məsələsi Yaxın Şərqdə və Şimali Afrikada əksəriyyət üçün əsas narahatlıq mövzusu olaraq qalır.
Hansı ölkələrin sabitlik və milli təhlükəsizliyə ən böyük təhlükə yaratdığı sualında, İsraildən sonra ABŞ bütün regionda ikinci ən böyük təhlükə hesab olunur, İran isə üçüncü yerdə gəlir.
Sorgunun aparıldığı hər yerdə beş nəfərdən ən az biri mühacirətə getməyi fikirləşir. Sudanda isə bunu fikirləşənlər əhalinin yarısını təşkil edir. Əsasən iqtisadi səbəblər aparıcı faktor olaraq göstərilir.
Onların hamısı Avropaya getməyi hədəfləmir
İnsanların getmək istədikləri ölkələr aşağıdakı kimidir. Məsələn, Tunis, Əlcəzair, Mərakeş vətəndaşlarının ən çox getmək istədikləri Avropa ölkələri olsa da, Misir, Sudan və Yəmən sakinlərinin ən çox getmək istədikləri digər varlı Körfəz ölkələridir.
[caption id="attachment_79372" align="aligncenter" width="1300"] Cədvəl 1. Avropaya getmək istəyənlərin faizi göstərilib[/caption] [caption id="attachment_79375" align="aligncenter" width="1300"] Cədvəl 2. Şimali Amerikaya getmək istəyən vətəndaşların göstəriciləri.[/caption] [caption id="attachment_79374" align="aligncenter" width="1300"] Cədvəl 3. Körfəz ölkələrinə getmək istəyənlərin sayı[/caption] [caption id="attachment_79373" align="aligncenter" width="1300"] Cədvəl 4. Yaxın Şərqə və Şimali Afrikaya getmək istəyənlərin sayı[/caption] [caption id="attachment_79376" align="aligncenter" width="1300"] Başqa ölkəyə getmək istəyənlərin nisbəti[/caption]Nəticələr göstərir ki, Şimali Amerikaya getmək istəyənlərin sayı artıb. Əvvəllər daha az populyar olmasına baxmayaraq, bölgəni tərk etmək fikrində olanlar üçün Avropa hələ də ən yaxşı seçim olaraq qalır.
Metodologiya
Sorğu 'Arab Barometer' tədqiqat şəbəkəsi tərəfindən həyata keçirilib. Layihə çərçivəsində Fələstin ərazisi də daxil olmaqla 10 ölkədə, 25,407 nəfər arasında üz-üzə sorğu keçirilib.
'Arab Barometer' Princeton Universitetində yerləşən tədqiqat şəbəkəsidir. Onlar 2006-cı ildən bəri belə araşdırmalar aparırlar. İştirakçılarla 45 dəqiqə sürən müsahibələr tədqiqatçılar tərəfindən xüsusi məkanlarda aparılmışdır.
Ərəb dünyasının rəyi nəzərə alındığı üçün İran və İsrail sorğuda iştirak etməyib. Baxmayaraq ki, Fələstin ərazisi sorğuya daxil edilib.
Regionun əksər ölkələri araşdırmaya daxil edilib, lakin bir neçə Körfəz dövləti sorğunun tam və ədalətli aparılmasını rədd edib.
Küveytin nəticələri çox gec gəldiyi üçün yekun nəticəyə daxil edilməyib. Suriyanın isə ölkəyə giriş çətinliyi səbəbindən sorğuda iştirakı mümkün olmamışdır.
Hüquqi və mədəni səbəblərə görə bəzi ölkələr bəzi sualların götürülməsini istəmişdir. Nəticələri açıqlayarkən, məhdudiyyətləri aydın şəkildə göstərməklə, bu istisnalar nəzərə alınmışdır.