Yanan bina ilə bağlı həbs edilən şirkət rəhbəri azadlığa buraxılıb

Yanan bina ilə bağlı həbs edilən şirkət rəhbəri azadlığa buraxılıb
3 İyun 2019
Mətni dəyiş

Binəqədi rayonunda 2015-ci il may ayının 19-da çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində 8 il həbs cəzası alan “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov azadlığa buraxılıb.

Bu barədə E-huquq.az saytı xəbər yayıb. Məlumata görə, M.Mahmudov barəsində hüquqi tənzimləmə tətbiq edilərək, cəzadan şərti olaraq azadlığa buraxılıb.

Eyni zamanda, Ali Məhkəmə onun şikayəti əsasında əmlakının müsadirə olunması haqqında hökmü ləğv edib.

Məlumatda deyilir ki, M.Mahmudov barəsində qərar qəbul edilərkən 2017-ci ildə oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər əsas götürülüb.

Dəyişikliyə əsasən, M.Mahmudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sansksiya dairəsi azaldılıb.

2015-ci il may ayının 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun