5 İyun 2019
Mətni dəyiş
UEFA Bakıda keçirilmiş Avropa Liqasının final oyununda baş vermiş insident ilə bağlı araşdırmaya başlayıb. Belə ki, oyun zamanı Bakı Olimpiya Stadionunun işçiləri final yarışı üçün yerlərin kifayət qədər dolu görnmədiyindən qayğılanaraq stadiona giriş turniketlərini açıb və xeyli tamaşaçını stadiona pulsuz buraxıb. Bu haqda Arsenal futbol klubunun xəbər orqanı olan "Arsenalblog.news" məlumat yayıb.
Məlumatda deyilir ki, "Arsenal" və "Çelsi" klubları oyun üçün ayrılmış 12 min biletdən yarısını yəni 6 minini sata biliblər. Kluba dəstək üçün kütləvi bilet alan sponsorlardan çoxu Azərbaycana gəlməyin çətinliyinə görə aldıqları biletləri geriyə qaytarmalı olublar.
Oyun başladıqdan sonra çoxlu boş yerin qalmasını görən Azərbaycan tərəfi çaşqınlığa düşüb və stadionu doldura bilmək üçün aşağılarda olan boş yerlərdə oturmaq üçün qapılarda gözləyən yerli tamaşaçıları buraxıblar.
Məlumat üçün deyək ki, indiyə qədər UEFA finalının oyunları üçün qeydə alınmış iştirakçı sayı 51 min 370 nəfərə qədər olub, buna görə də Bakı Olimpiya stadionu 69 min nəfərlik yerlərinin sayını 62 minə endirmişdi. Oyuna baxmağa isə 62 min yox, ondan təqribən 10 dəfə az, cəmi 6 min insan bilet almışdı.