Sudan hərbçiləri bu gün ölkənin paytaxtı Xartumda vətəndaş fəallarının toplandığı çadır şəhərciyinə hücum edib.
Müxalif qüvvələr artıq aylardır Sudan hərbi şurasının qarşısında toplanmışdı. Hərbçilərin hücumundan sonra şəhərin məkəz hissəsində partlayış və avtomat səsləri eşidilib.
Bir neçə aktivist həbs olunub. Şəhərin mərkəz hissəsinə hərəkət bağlanılıb. Bu haqda AP agentliyi məlumat yayıb.
Sudan həkimlər assossasiyanın məlumatına görə hərbçilərin hücumundan sorna iki nəfər öldürülüb və onlarca insan yaralanıb. Müxalif qüvvələrin liderləri öz tərəfdarlarını çadır şəhərciklərinin ətrafına toplanmağa çağırıb.
Xartumda minlərlə aktivistin toplaşdığı çadır şəhərciyi 2019-cu ilin aprelində 30 il ölkəni idarə etmiş diktator Ömər Əl-Bəşirin dövlət çevrilişi ilə devrilməsindən sonra salınmışdı.
Əl-Bəşirin devrilməsindən sonra Sudanın müvəqqəti höküməti mayın 15-də həm hərbi, həm mülki üzvlərdən ibarət kabineti formalaşdırdı. Vətəndaş cəmiyyəti qurulan yeni hökümətin hərbçi ağırlıqlı olmasına etiraz edirdi.