Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna bu həftə Azərbaycana gələ bilməyəcək.
Ölkə hakimiyyəti bayramla əlaqədar səfəri "əlverişsiz" hesab edib. Bu haqda Turan agentliyi xəbər yayıb.
"Hakimiyyət və vətəndaş cəmiyyəti ilə siyasi məhbuslar məsələsinin müzakirəsi üçün Azərbaycana səfərimin təxirə salınmasından məyus oldum".
Məruzəçi sosial şəbəkədə yazıb ki, hakimiyyət bayramla əlaqədar həmin günlərin əlverişsiz olduğunu bildirib. Ona görə, sentyabrı gözləmək məcburiyyətində qalıb.