Rus deputat Gürcüstan Parlamentinin sədrinin yerində niyə oturduğunu izah edib

Rus deputat Gürcüstan Parlamentinin sədrinin yerində niyə oturduğunu izah edib
21 İyun 2019
Mətni dəyiş
Dünən, iyunun 20-də Gürcüstan parlamentində baş vermiş insidentə görə ölkə paytaxtı Tbilisidə geniş nümayiş başlamış, 200-ə yaxın insan yaralanıb. Belə ki, dünən Gürcüstan parlamentinin binasında Provaslav Ölkələri Parlamentləriarası Assambleyasının iclası keçirilib. İclas zamanı Rusiya Dövlət Dumasının deputatı Serqey Qavriolov Gürcü Parlamentinin sədrinin kreslosunda oturaraq iclası idarə edib. Bu mənzərədən hiddətlənən gürcü millətçi-radikalları və müxalif qüvvələri parlament binasını mühasirəyə alaraq etirazlarını bildiriblər. Bu gün Rusiya Dövlət Dumasının deputatı Serqey Qavrilov rus qəzeti "Kommersant"a müsahibə verərək nəyə görə Gürcü Parlamentinin sədrinin kreslosunda oturduğunu izah edib. O deyib ki, onu bu kresloya gürcü tərəfi özü oturdub. "İclasın keçirildiyi ölkə mənə oturmaq üçün haraya dəvət etsə orada da otururam" - deyə Qavrilov bildirib. O qeyd edib ki, protokol qaydalarına görə Baş Assambleyanın katibi məhz həmin kresloda oturmalıdır. Qavrilovun sözlərinə görə o bundan əvvəl Yunanıstan, Livan və s. ölkələrin parlamentlərində də spikerin yerində oturub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun