Özbəkistanda üç keçmiş baş prokuror korrupsiya ittihamı ilə həbs olunub

Özbəkistanda üç keçmiş baş prokuror korrupsiya ittihamı ilə həbs olunub
27 İyun 2019
Mətni dəyiş

Daşkənd məhkəməsi Özbəkistanın keçmiş baş prokuroru Rəşid Kadırova 10 il həbs cəzası verib. Keçmiş baş prokuror korrupsiyada ittiham olunur.

Bu haqda Özbəkistan mətbuatı məlumat yayıb. 67 yaşlı məmur vəzifəsindən çıxarıldıqdan sonra Konstitusiya məhkəməsinin hakimi olaraq çalışırmış.

Kadırov 2018-ci ilin fevral ayında həbs olunub. Həbsindən öncə hökümət iclasında Özbəkistan prezidenti Şövkət Mirziyayev Kadırovu ən böyük oğru, zibil adlandırıb və mütləq məsuliyyətə cəlb olunmalı olduğunu dilə gətirib.

Kadırovun həbsindən sonra prokuror vəzifəsini tutmuş daha iki məmur məsuliyyətə cəlb olunub.

Bunlardan biri 2019-cu ildə həbs olunmuş İxtiyar Abdullayevdir. O, 2015-2018-ci ildə ölkənin baş prokuroru olaraq çalışıb. Həbsindən əvvəl Abdullayev Özbəkistanın təhlükəsizlik sistemində çalışıb.

Bu ilin iyununda isə Otabek Murodov həbs olunub. O, 2018-2019-cu illərdə ölkənin baş prokurorlu çalışıb. İyunun 25-də məlum olub ki, Murodov bütün rütbə və dövlət mükafatlarından məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun