Mustafa Hacıbәyli Probasiya Şöbəsinə çağırılıb və onun barmaq izlәri götürülüb

Mustafa Hacıbәyli Probasiya Şöbəsinə çağırılıb və onun barmaq izlәri götürülüb
28 İyun 2019
Mətni dəyiş

Bu gün Müsavat Partiyasının mәtbuat xidmәtinin rәhbәri Mustafa Hacıbәyli qərargahda tədbir olan zaman təcili Әdliyyә Nazirliyinin Binәqәdi Rayon İcra vә Probasiya Şöbәsinә çağırıblar.

Jurnalistin sözlərinə görə, icra şöbəsində onun barmaq izlәrini götürülüblər.

"Qәrargahda Hәmrәylik Marafonu keçirilәrkәn polis gәlәndә telefonuma zәng gәlib vә mәni tәcili İcra vә Probasiya Şöbәsinә çağırdılar. Orada barmaq izlәrimi götürdülәr. Vәkillәrim isә deyir ki, bu şöbәnin belә sәlahiyyәti yoxdur. Qayıdanda isә mәni qәrargaha buraxmayıblar".

Hacıbәyli hesab edir ki, onun İcra vә Probasiya Şöbәsinә çağırılması da Hәmrәylik Marafonu ilә bağlıdır.

Mustafa Hacıbәyli mәhkәmәnin qәrarı ilә fevralın 21-dә 5 il 6 ay şәrti azadlıqdan mәhrum edilib. O, 2018-ci ildә Gәncә baş verәn hadisәlәrә aid olan mәqalәlәri yaymasına görә, AR CM-nin 281.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun