Moldova Konstutisiya Məhkəməsi prezidenti vəzifəsindən uzaqlaşdırıb

Moldova Konstutisiya Məhkəməsi prezidenti vəzifəsindən uzaqlaşdırıb
10 İyun 2019
Mətni dəyiş
Moldova Konstitusiya məhkəməsi iyunun 9-da ölkə prezidenti İqor Dodonu vəzifəsindən azad edib. Bu haqda Konstitusiya məhkəməsi öz rəsmi saytında bildirir. Məhkəmənin bəyanatına görə prezident Dodon parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı öz konstitusion vəzifələrini yerinə yetirməyib. Hal-hazırda prezident vəzifəsini baş nazir Pavel Filipə tapşırıblar. Pavel Flip isə parlamenti buraxıb və sentyabrın 6-da növbədənkənar seçkilər elan edib. Qeyd edək ki, cümə günü Modova Demokratik partiyasının rəhbəri Andrian Kandu jurnalistlər qarşısında çıxış edərək Dodonu vətənə xəyanətdə günahlandırıb və onun istefasına çağırmışdı. Son iki ildə Moldova Konstitusiya Məhkəməsi artıq beşinci dəfədir ki, İqor Dodonu prezident vəzifəsindən uzaqlaşdırmağa çalışır. Məhkəmə onu müəyyən qanunları imzalamamaqda, nazirləri təyin etməməkdə günahlandırırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun