Liderlər görüşüb: Tramp Şimali Koreya sərhəddini keçən ilk ABŞ prezidenti olub

Liderlər görüşüb: Tramp Şimali Koreya sərhəddini keçən ilk ABŞ prezidenti olub
30 İyun 2019
Mətni dəyiş

İyunun 30-da ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn Koreya yarmadasında görüşüblər.

Görüşdən əvvəl Donald Tramp iki Koreyanın sərhəddində yerləşən silahsız zonaya (DMZ) gedib və müşahidə məntəqəsindən Şimali Koreyaya baxıb.

Liderlər iki ölkə sərhəddində əl-ələ tutduqdan sonra Tramp simvolik olaraq Kim-lə birlikdə şimal tərəfə addımlayıb.

Tramp hakimiyyətdə olarkən Şimali Koreya sərhədini keçən ilk ABŞ prezidenti olub və bunu böyük şərəf adlandırıb.

Daha sonra liderlər danışıqlar aparmaq üçün birlikdə Cənubi Koreya tərəfə keçiblər. Görüşdə Cənubi Koreya prezidenti də qoşulub.

ABŞ prezidenti Şimali Koreya liderini Vaşinqtona Ağ Evə dəvət edəcəyini bildirib. Kim Çen İn də öz növbəsində deyib ki, əgər Trum da Pxenyana gəlsəydi, bundan çox məmnun olardı.

Donald Tramp G20 sammiti sırasında Twitterdə çağırış edərək Kim Çen İn-ə Cənubi və Şimali Koreya sərhədində görüşməyi təklif etmişdi.

ABŞ tərəfi hesab edir ki, bu görüş Koreya yarımadasaının nüvəsiz zonaya çevrilməsi ilə bağlı danışıqları dalandan çıxara bilər.

İki lider 3-cü dəfədir görüşlər. Bundan əvvəl Hanoyda təşkil olunan II ABŞ-Şimali Koreya sammiti yarımçıq başa çatıb, ölkə başçıları danışıqları yarımçıq dayandırmalı olublar.

ABŞ Şimali Koreyadan nüvə silahlarının məhv edilməsini tələb edir və deyir ki, ona qarşı sanksiyaları yalnız bundan sonra qaldıra bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun