Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, İran, Gürcüstan və Böyük Britaniyada ofisləri fəaliyyət göstərir.
Agentliyin tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi var. “APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən operativ məlumatlar, obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir. Qeyd edək ki, bundan öncə APA xəbər agentliyinin sahibi Vüsalə Mahirqızına məxsus yeni xəbər agentliyi ONA - Online News Agency açılmışdı.