Azərbaycanlı milli fəala "Mən türkəm" şüarına görə 13 il həbs veriblər

Azərbaycanlı milli fəala "Mən türkəm" şüarına görə 13 il həbs veriblər
26 İyun 2019
Mətni dəyiş

İran azərbaycanlısı milli-mədəni fəal, Tehran sakini olan “Traxtur” futbol komandası tərəfdarlarıdan biri Kazım Səfabəxş məhkəmə tərəfindən 13 il azadlıqdan məhrum edilib. Bu haqda Günaz.tv məlumat yayıb.

Hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal yaxınları bu barədə məlumat yayıblar.

O bildirib ki, iyunun 24-də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinə müraciət edərək hakim Müqəyyesə tərəfindən şifahi olaraq açıqlanan hökmü dinləyib. Fəal 13 il həbs cəzasına məhkum edildiyini diqqətə çatdırıb.

Fəalın yaxınlarının verdiyi məlumata görə, hakim Müqəyyesə “bölücü qrupu yaratmaq və idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamlarına görə qanunda nəzərdə tutulan makzimum cəzanı tətbiq edib.

Hakim, Kazım Səfabəxşin adminlərindən olduğu Teleqram kanalını qrup yaratmağın sübutu kimi qiymətləndirib. Çıxarılan məhkəmə hökmündə fəalın Tehran Kitab Sərgisində iştirak etməsi, “Haray Haray mən türkəm” banneri ilə şəkil çəkməsi və Milli Sərdar Səttarxanın məzarını ziyarət etməsi irəli sürülən ittihamlara əsas verən dəlil kimi qeyd olunub.

Kazım Səfabəxş 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin zindanının 209-cu kospusuna aparılıb. O sorğu-suala tutulduqdan sonra həbsxananın xüsusi bölümü olan 4-cü korpusa köçürülüb və hələ də həmin korpusda saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun