İbiza adasında milyonluq saatı oğurlanan azərbaycanlının məmur övladı olduğu deyilir

İbiza adasında milyonluq saatı oğurlanan azərbaycanlının məmur övladı olduğu deyilir
27 İyun 2019
Mətni dəyiş

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turist öz dostu ilə dəniz sahilində gedərkən qarət edilib.

Bu barədə Britaniyanın "Mirror" nəşri xəbər yayıb. Məlumata görə, oğru turistin biləyindən 1,2 mln. avro (1,5 mln. dollar) dəyərində saatı oğurlayıb.

Qarətə məruz qalan şəxsin adı açıqlanmır. Saata gəlincə, dünyada ən bahalı modellərdən biridir.

Polisin məlumatına görə, oğru saatı açmaq üçün öz qurbanını bir neçə dəfə itələyib. Bu saatdan dünyada cəmi 75 ədəddir. Richard Mille (RM) 50-03 McLaren F1 saatının çəkisi 40 qramdır. Xəbərdə deyilir ki, hadisə anında turist əlindən yaralanıb.

Saat McLaren F1 avtomobilinin xarici görünüşünə uyğun dizayn edilib (korpus daxilindəki mexanizm dəqiqədə bir dövr sürətlə fırlanır ki, bu da qravitasiya effektini heçə endirir).

Sosial şəbəkələrdə qarət qurbanının kim olması barədə mülahizələr irəli sürülür. Bəzi məlumatlara görə, yol tikintisi sahəsində məmurlardan birinin oğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun