Honq-Konqda parlamentə təqdim olunan qanun layihəsinə görə bir həftədir mitinqlər davam edir.
Müzakirəsi təxirə salınan yeni qanun layihəsi əsasında Honq-Konq rəhbərliyi Çinə etiraz edən müxaliflərin bu ölkəyə ekstradisiyası asanlaşmalıydı.
Kütləvi etirazlardan sonra təxirə salınan qanuna görə Honq-Konq rəhbərliyi artıq ikinci dəfədir etirazçılardan üzr istəyib. Bu haqda BBC radiosu xəbər yayıb.
Xüsusi inzibati ərazi olan Honq-Konqun rəhbəri Kerri Lam mətbuata açıqlamasında bildirib ki, hökümətin cinayətdə ittiham olunanların Çinə ekstradisiyası ilə bağlı qanuna dəyişiklik etmək istəməsi xalq arasında qarışıqlığa gətirib çıxarıb.
"Narahatlığa səbəb olub qanun layihəsinə görə Honq-Konq xalqından üzr istəyirəm".
Vəzifə müddətini başa çatdırmağı hədəflədiyini dilə gətirən Lam deyib ki, haqqında bəhs olunan qanun layihəsi tamam ləğv olunmayıb, ancaq onun hakimiyyətdə olduğu müddətdə gündəmə gətirilməyəcək.
Cinayətdə şübhəli bilinən bəzi məhkumların Çin məhkəmələrində mühakimə olunmaq üçün verilməsi ilə bağlı qanun layihəsi xalqın etibarını qazanmadığı üçün muxtar vilayətin rəhbəri Lam deyib ki, xalqın etibarı olmadan bir qanun layihəsi üzərində işləməyəcəklər.
Kerri Lam keçən həftə də məlum qanun layihəsi ilə bağlı jurnalsitlərlə danışarkən "qorxu və narahatçılıqlar aradan qalxmasa bu qanun layihəsinin müzakirəsi irəliləməyəcək" deyərək Honq-Konq xalqından üzr istəmişdi.