28 İyun 2019
Mətni dəyiş
Gürcüstanın baş naziri Mamuka Baxtadze Tbilisdə baş verən qarışıqlıqda və kütləvi mitinqləri təşkilatçısı olaraq ölkənin keçmiş rəhbəri Mixail Saakaşvilini ittiham edib. Bu haqda o gürcü mediasına danışıb.
Baş nazir bildirib ki, iyunun 20-nə keçən gecə Rustaveli prospektində baş verən təxribata görə siyasi məsuliyyəti vətəndaşların etirazını silah kimi istifadə edən qüvvə öz üzərinə götürməlidir.
M.Baxtadze deyib ki, Vahid Milli Hərəkat Partiyasının nümayəndələri və onların lideri Mixeil Saakaşvili 7 il Gürcüstanın hazırkı hakimiyyətinin büdrəməsini gözləyirdilər: “Onlar kiminsə büdrəməsini gözləyirdilər və bəli, təəssüflər olsun ki, biz büdrədik”.
O qeyd edib ki, polis əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması ilə bağlı halların şəffaf araşdırılması təmin olunacaq.
Hökumət başçısının sözlərinə görə, dövlət üçün çox ağır ssenaridən yaxa qurtarmaq mümkün olsa da, vətəndaşlar xəsarət alıblar.