Gürcüstan rus turistləri itirərsə 100 milyon dollar zərərə düşə bilər

Gürcüstan rus turistləri itirərsə 100 milyon dollar zərərə düşə bilər
24 İyun 2019
Mətni dəyiş

Gürcüstanda fəaliyyət göstərən "Gürcüstan beynəlxalq şəffaflıq" adlı təşkilat ölkənin Rusiyayla yaşadığı böhran nəticəsində turizm sektoruna nə qədər zərər dəyəcəyini hesablayıb. Bu haqda "Gruziya Online" xəbər portalı məlumat yayıb.

"Gürcüstan beynəlxalq şəffaflıq" təşkilatının məlumatına görə, bu ilin iyul ayının 1-dən yayın sonuna qədər ölkəyə heç bir rus turist gəlməsə ölkə büdcəsi 100 milyon dollar itirə bilər.

Bundan əlavə, həmin QHT-nin hesabatına görə rus turist qrupu ölkə iqtisadiyyatında elə də böyük rol oynamır. Ölkəyə gələn və daha çox pul xərcləyən turistlər əsasən Qərbi Avropadan olan turistlərdir.

Gürcü iqtisadçı Beso Namçavadze bildirib ki, indi Gürcüstana yeni turizm bazarları axtarmaq üçün yaxşı motivasiya yaranıb.

Gürcüstanın Milli Turizm Asossasiyasının 2018-ci ilə olan məlumatına görə bu ölkəyə bir ildə 1,4 milyon rusiyalı turist gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun