Gürcüstan etirazları: İqtidar geri çəkilir, parlamentin sədri istefa verdi

Gürcüstan etirazları: İqtidar geri çəkilir, parlamentin sədri istefa verdi
21 İyun 2019
Mətni dəyiş

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun 20-də Azərbaycana rəsmi səfərini yarımçıq dayandıraraq Gürcüstana qayıdıb.

Bu barədə Kobaxidzenin kabineti açıqlama yayıb. Məlumata görə, Gürcüstan parlamentinin sədri iyunun 20-də Azərbaycana rəsmi səfərə gəlib.

Kobaxidze səhər saatlarında Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Bundan sonra spiker Gürücütanda yaranan insidentlə bağlı səfəri təxirə salıb.

O, bu gün ölkəsinə qayıdıb və qayıdan kimi də istefa verib. Kobaxidzenin üzvü olduğu "Gürcü Arzusu" partiyasının baş katibi Kaxa Kaladzenin sözlərinə görə Kobaxidzenin bu addımı onun xalq qarşısında cavabdehlik hissini göstərir.

İyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib.

Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozub. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb edib.

Ötən gecə isə Tbilisidə geniş etiraz aksiya Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.

Gürcüstan prezidenti Salome Zurabişvili də Belarusa rəsmi səfərini yarımçıq dayandıraraq Tbilisiyə qaydıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun