2017 ci ildən Gürcüstandan sığınacaq istəyən və orada yaşayan ictimai fəal Avtandil Mammadov yerli polis tərəfindən saxlanılıb.
Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb. Onun sözlərinə görə, Avtandil Məmmədov Azərbaycan tərəfinin rəsmi soğrusu əsasında Gürcüstan polisi tərəfindən saxlanılıb.
"Ona Quba rayon polis şöbəsində cinayət işi açıldığı bildirilir. Hazırda o, Marneuli polis idarəsindədir. Onun işi ilə vəkili və Gürcüstan yerli QHT- ləri məlumatlandırılıb və məşğuldurlar. Yerli polis bölməsindən ailə üzvlərinə bildirilib ki, Avtandil Məmmədov 72 saat ərzində məhkəmə önünə çıxarılıb müvafiq qərar qəbul ediləcək".
Bundan öncə Gürcüstanda sığınacaq almış başqa bir azərbaycanlı siyasi fəal və jurnalist Əfqan Muxtarlı 2018-ci ildə Tiflisdə yaşadığı evin yanında oğurlanaraq Azərbaycana verilmişdi.
Gürcüstan hüquq mühafizə orqanları jurnalistin necə oğurlanıb sərhəddi keçirildiyini açıqlaya bilməyib. Jurnalist özü isə Gürcüstanın kriminal polisi tərəfindən oğurlandığını və Azərbaycan tərəfinə təhvil verildiyini bildirmişdi.