Gənc yazar Elşad Barat Azərbaycan Yazıçılar Birliyindən xaric edilib. Yazıçının mətbuat üçün açıqlamasında deyilir ki, buna səbəb onun qurum haqqında tənqidi fikirlər səsləndirməsi olub.
Elşad Barat bildirib ki, onun təşkilatdan çıxarılmasına səbəb xüsusən də AYB-nin katibi Çingiz Abdullayevlə bağlı ittihamları olub.
Elşad Barat statusunda qeyd edib ki, Çingiz Abdullayev AYB-yə, gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatdan gedib özünə 6-cı maşını alıb: "Bu da Çingizin 6-cı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə restoranı arenda verir, büdcəni dağıdır...”
[caption id="attachment_78935" align="aligncenter" width="1200"] Elşad Baratın Çingiz Abdullayev haqda yazdığı status[/caption]Çingiz Abdullayev isə elə Elşad Baratın sosial şəbəkədə paylaşığı fotoya şərh yazaraq ittihamlara münasibət bildirib və onu məhkəməyə verəcəyini deyib:
"Vicdansız Elşad Barat. Sən mənim avtomobillərimin şəkili çəkmisən. Mən sənin kimi əhəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama vərirəm. Mənim "Cip" maşınım altı il bundan əvvəl alınıb. Mənim sənədlərim var. Ağ "Kamri" maşını isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir".
Yazıçılar Birliyinin katibi bildirib ki, o, öz gəlirləri haqda arayış verə bilər. Çingiz Abdullayevin sözlərinə görə, o, Elşad Baratdan fərqli olaraq bütün dünyada çap olunur:
"Sənin kimi istedadsızdan fərqli olaraq mən bütün dünyada çap olunuram. Sənin arenda haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay darman almaq üçün yardım alır. Azərbaycan Yazıçılar Birliyinin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq. Anar müəllimdə öz şəxsi vəsaitindən sənə yardım edib. Mən sənin kimi böhtançını məhkəməyə verirəm!"