Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan iyunun 20-də Vaşinqtonda görüşəcəklər.
Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyilə keçiriləcək. Bu barədə iyunun 14-də Azərbaycan XİN mətbuat xidməti məlumat yayıb.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bundan öncəki görüşü apreldə Moskvada olub.