12 İyun 2019
Mətni dəyiş
Dünyada 152 milyon uşaq ailələrinə maddi dəstək göstərmək üçün işləməyə məcbur olub. Bu haqda BMT-nin Uşaqlara Yardım Fondunun (UNİCEF) rəsmisi iyunun 12-də "Dünya Uşaq İşçiliyi ilə Mübarizə Günü" münasibətiylə Kölndə keçirilmiş mərasimdə bəyan edib. Bəyanatda deyilir ki, dünya boyu hər 10 uşaqdan biri işləyir. Afrika və Asiya qitələrində uşaq işçilərin sayı daha çoxdur.
UNİCEF-ə görə işçi uşaqların yarısına qədəri (73 milyon) təhlükəli şəraitlərdə işləməyə məcburdur. Onlar bir çox hallarda əmək istismarına da məruz qalırlar.
UNİCEF öz bəyanatında hökümətlər və QHT-lərə müraciət edərək az yaşlıların işlədilməsinə qanunla qadağaların və cərimələrin tətbiq olunmasına çağırış edib.
Bundan əlavə UNİCEF-in məlumatlarına görə dünyada uşaq işçilərin sayı ilbəildən azalmaqdadır, belə ki, 2000-ci illərdə 246 milyon uşaq işləməyə məcbur qalsa da, 2016-cı ildən başlayaraq bu rəqəm azalıb, 152 milyona qədər azalıb, 2025-ci ildə isə bütün dünyada işçi uşaqların sayının 121 milyona çatdırılacağı gözlənilir.