Bundan sonra ABŞ-a viza almaq istəyənlər sosial şəbəkədəki hesabı barəsində də məlumat verməli olacaq.
Bu haqda qərarı Donald Trampın administrasiyası iyulun 1-də verib. Məsələ ilə bağlı Bloomberg agentliyi məlumat yayıb.
"ABŞ-a viza almaq istəyən şəxs anket doldurarkən sosial şəbəkədə hesabı olmadığını bildirə bilər, ancaq əgər sonradan onun hesabı aşkarlanarsa bu ciddi immiqirasiya pozuntusu sayılacaq" - deyə ABŞ dövlət departamenti bəyanatında bildirib.
O əlavə edib ki, "Bizim müşahidəmizə görə son illər terrorçu fəaliyyət üçün əsas meydan sosial şəbəkə olub".
Xatırladaq ki, hər il 50 min insan ABŞ-a getməyə imkan verən green-card loterayası udur.
2018-ci ildə isə ABŞ konqressinə respublikaçıların təklif etdiyi qanun layihəsinə görə green-card lotereyası ləğv olunmalı və sərhəddlər daha ciddi qorunmalıdır.
Həmçinin qanun Meksika ilə sərhəddə divar çəkmək üçün maliyyə ayırılmasını nəzərdə tuturdu.