Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu il mayın 18-də girov qarşılığında həbsdən buraxılsa da prokurorluq onu yenidən təcridxanaya qaytarmağı bacarıb.
Ermənistanın Apellyasiya Məhkəməsi iyunun 25-də Koçaryanla bağlı birinci instansiya məhkəməsinin verdiyi qərarı ləğv edib.
Məlumata görə, Koçaryan özü və vəkili məhkəmə iclasında iştirak etməyib.
Koçaryan 1 mart 2008-ci il tarixində hakimiyyəti qəsb etməkdə və konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Həmin vaxt onun əmri ilə ordu və polis etirazçıları dağıdıb, bu zaman 10 nümayişçini öldürüb.
Koçaryan indiki baş nazir Nikol Paşinyanın inqilab edərək hakimiyyətə gəlməsindən bir qədər sonra həbs olunmuşdu.