Gürcüstanın Qara dəniz hövzəsində yerləşən Batumi şəhəri 'World Travel Awards' mükafatına layiq görülüb.
Bu mükafat beynəlxalq aləmdə "Turizm Oskarı" kimi də tanınır. Gürcüstana bağlı olan Acariya Respublikasının paytaxtı "Avropanın ən yaxşı inkişaf edən turistik istiqaməti" adlandırılıb.
Batumini iyunun 8-də portuqaliya şəhəri olan Madeyrada keçirilən tədbirdə sözügedən nüfuzlu mükafata layiq görüblər. Tədbirdə həm öndə gedən tueist kompaniyaları, həm də müstəqil özəl və dövlət şirkətləri iştirak ediblər.
Müsabiqədə həmçinin Batumi ilə rəqib kimi Bolqarıstan paytaxtı Sofiya, İtalya şəhəri Matera, Azərbaycan paytaxtı Bakı, Slovenya paytaxtı Lyublyana, çex şəhəri Kutna-Qora iştirak edirdi.
Müsabiqə iştirakçıları arasından "World Travel Awards" mükafatına layiq ən yaxşı ölkə online səsvermə vasitəsilə seçilib.
Müsabiqənin mükafatını Madeyrada keçirilən tədbirdə Acariyanı hökümət başçısı Tornike Rijvadze, Batumi meri Laşa Komaxidze və Acariyanın turizm departamentinin rəhbəri Sulxan Qlontiyə təqdim ediblər.