İyunun 26-da Belarusun Maliyyə Nazriri Nümayəndələr Palatasında deputatlar qarşısında çıxış edərək bu günlərdə ölkədə keçiriləcək İkinci Avropa Oyunlarına ölkə büdcəsindən nə qədər pul xərclədiklərini elan edib.
Nazir Maksim Yermoloviçin sözlərinə görə, bu bir neçə milyon dollara bərabər olub. Bu haqda Belorusda çıxan “Belnovosti” qəzeti məlumat yayıb.
Nazir dəqiqləşdirərək İkinci Avropa Oyunlarına 540 milyon rubl, yaxud 265 milyon dollar xərclədiklərini bildirib. O, həmçinin deyib ki, bu pulun cəmi 266 milyon rublu yəni 150 milyon dolları ölkə büdcəsindən götürülüb, qalan pullar isə sponsorların maddi dəstəyilə əldə edilib.
2015-ci ildə Azərbaycan bu oyunları keçirdikdən sonra Belarusiya oyunları keçirməyə namizəd oldu.
2016-cı ildə Belarus prezidenti Aleksandr Lukaşenko çıxışlarından birində demişdi ki, “Biz bu oyunları keçirmək üçün təqribən 50 milyon dollar xərcləməliyik”.
Nazir Yermoloviç oyunlardan gələcək gəlirlərlə bağlı isə əvvəlcədən nəsə fikir bildirməyin çətin olduğunu dilə gətirib.
Nazirin sözlərinə görə, bu oyunların keçirilməsi Belarusa xarici siyasətdə üçün elə dividentlər gətirə bilər ki, onun pulla qarşılığı ölçüyə gəlməz.
"Həmçinin, bu oyunlar ölkəni investisiyalar üçün cəlbedici edərək, gələcəkdə ölkə iqtisadiyyatına böyük yatırımlar gətirə bilər".
Birinci Avropa Oyunları Azərbaycanda keçirilmişdi və oyunların keçirilməsi xərcləri müstəqil iqtisadçı ekspertlər tərəfindən görünməmiş israfla müşayət olunmuşdu. Belə ki, Azərbaycan I Avropa oyunlarının təşkilinə hardasa 4 milyard manata, o zamankı məzənnə ilə 5,1 milyard dollara başa gəlib.
Oyunlardan sonra Gənclər və İdman naziri Azad Rəhimov yerli mediaya müsahibəsində demişdi ki, Azərbaycanın dünyada nüfuzu daha da artdı, ölkəyə xeyli turist gəldi.
O bildirmişdi ki, Bakı-2015 oyunlarının əməliyyat büdcəsi hardasa 950 milyon manatdır. Bura işçilərin maaşı, qurğular, hesablama sistemləri, müvəqqəti qurğular, kommunikasiya – PR işləri üçün xərclər daxildir.