Oman körfəzində iki neft tankerində partlayış baş verib və tankelərin onlarca nəfərdən ibarət heyətləri evakuasiya edilib.
Birləşmiş Ştatlar baş vermis bu hadisəyə görə İranı, strateji dəniz yollarında neft daşınmasına maneçilik törətməkdə ittiham edib.
Gəmi əməliyyatçıları iyunun 13-d bildiriblər ki, Yaponiyaya məxsus Kokuka Courageous tankerindən 21 və Norveçə məxsus Front Altair tankerindən 23 nəfər yaxınlıqdakı gəmilər vasitəsilə təxliyə edilib.
İranın dövlət mediası xəbər verir ki, İran donanması 44 nəfəri xilas edib və onları İran limanlarından birinə evakuasiya edib.
İranın bu məlumatı ABŞ tərəfindən rədd edilir. ABŞ donanması tankerdəkilərin amerikalılar tərəfindən xilas edildiyini bildirir.
Bu insident zamanı ciddi xəsarət alan olmayıb.
Bundan bir ay əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dörd neft tankerinə hücum olmuşdu.
ABŞ dövlət katibi Mike Pompeo baş vermis son hadisəyə görə İranı ittiham edib və bildirib ki, hər iki insident Tehranın və onun əlaltılarının Amerika və onun müttəfiqlərinin maraqları üzərinə planlı hücumu olub.
O deyib ki, bu, son 40 ildə sülhsevər ölkələr üzərinə İranın daha bir hücumu kimi qiymətləndirilməliir.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir deyib ki, o, ABŞ-ın bu hücumlarda İranın əli olduğuna dair ehtimalı ilə razıdır.
Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, bu partlayışların baş verdiyi bir vaxtda Yaponiyanın baş naziri Shinzo Abe Tehranda idi və ABŞ-la İran arasındakı gəriginliyin azaldılması üçün səy göstərirdi.
Göründüyü kimi iyunun 13-də partlayışların baş verdiyi gəmilərdən biri də Yaponiyaya məxsusdur.
Bu gəmi Uzaq Şərqə naften daşıyırdı.