28 İyun 2019
Mətni dəyiş
ABŞ konqressi ölkənin üzləşdiyi mühacir böhranının qarşısını almaq üçün 4,6 milyard dollar pul ayırıb. ABŞ-ın nümayəndələr palatası bu pulla Meksika ilə sərhəddə qaçqın qəbulu mərkəzlərinin işini yaxşılaşdırmaq üçün sərf edəcəyini bəyan edib.
ABŞ höküməti bundan öncə də cənubi Amerikanın mərkəzindən qaçqınların Meksika sərhəddi vasitəsilə ölkəyə axın etməsi problemini qarşısına qoymuş ən böyük problemlərdən biri sayır.
Problemlə bağlı ABŞ senatında respublikaçılar və demokratlar arasında ciddi fikir ayrılığı olub. Onların mühacir böhranı ilə bağlı təklif etdiyi fərqli həll yolların olması problemin daha da uzanmasına səbəb olub.
Bundan öncə iyunun 14-də Meksika ABŞ-la mühacirlərlə bağlı razılığının mətnini mətbuata yaymışdı. Razılığa görə Meksika üçüncü ölkələrdən onun sərhhədini keçib ölkəyə gələn və ABŞ-a getməyi hədəfləyən bütün xarici vətəndaşların siyahısını ABŞ-a verməyi üzərinə götürmüşdü. Belə insanlar ABŞ tərəfindən tutulan kimi dərhal öz ölkəsinə göndəriləcək.
Bundan öncə ABŞ-ın üzləşdiyi ən böyük mühacir böhranı yanvar ayında baş vermişdi. Onda ABŞ sərhəd qoruyanları Latın Amerikasından Meksika vasitəsilə ABŞ-a gəlmək istəyən 150 mühacirə qarşı gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalmışdı.
ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrasiyanın qarşısını almaqla bağlı mübarizə vədləri seçkiöncəsi kampaniyasının əsas mövzusu olmuşdu.