2 milyonluq saatı oğurlanan Rövnəq Abdullayevin oğludur?

2 milyonluq saatı oğurlanan Rövnəq Abdullayevin oğludur?
28 İyun 2019
Mətni dəyiş

İbiza adasında azərbaycanlı gəncin 1,2 mln. avro dəyərində saatının oğurlanması faktı ilə bağlı ictimai fəal Bəxtiyar Hacıyev İspaniya polisinin protokolunu yayımlayıb.

Sənədə görə, zərərçəkən Azərbaycan vətəndaşı Rəşad Abdullayevdir (1994-cü ildə anadan olub). Protokolda onun London telefonunun nömrəsi göstərilib.

Mənbənin məlumatına görə, o, dostları Ceyhun Məmmədzadə və Azər Asqarov ilə birlikdə olub.

Protokola əsasən R.Abdullayev Londonda yaşayır. Sənəddə başqa bilgi yoxdur və bu gəncin atasının kim olduğunu düşünmək lazım gəlir. SOCAR prezidenti Rövnəq Abdullayevin Rəşad adlı oğlu var. Lakin bu dövlət şirkətinin rəhbəri hər hansı bəyanat və ya təkzib verməyib.

Xatırladaq ki, bir neçə gün öncə Britaniya mətbuatı İbizada gəncin qarət olunduğunu bildirib. Gəncin Richard Mille (RM) 50-03 MCLaren F1 saatı oğurlanıb. Həmin saatdan dünyada cəmi 75 ədəddir.

[caption id="attachment_79340" align="aligncenter" width="586"] İbiza adasında milyonluq saatı oğurlanın azərbaycanlı haqda ispan polisinin hazırladığı sənəd.[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun