Zorakılığa məruz qalıdığını deyən qadın haqsızlıqlardan şikayət edir [video]

Zorakılığa məruz qalıdığını deyən qadın haqsızlıqlardan şikayət edir [video]
16 May 2019
Mətni dəyiş

Azərbaycanlı məmurun keçmiş gəlini həyat yoldaşı tərəfindən mütəmmadi olaraq fiziki şiddətə məruz qalaraq döyüldüyünü və onun nüfuzundan istifadə edərək məhkəmə yolu ilə uşaqlarını əlindən aldığını bildirib.

Rusiya vətəndaşı olan Rim Geli Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovun oğlu olan sabiq həyat yoldaşı Ruslan Orucov tərəfindən içkili vəziyyətdə dəfələrlə uşaqlarının gözü qarşısında döyüldüyünü, ərinin onu dəlixanaya saldıracağı və Azərbaycandan deport edəcəyi ilə hədələdiyini deyir:

"Biz 11 il idi evlənmişdik. Mən Rusiya vətəndaşıyam. Ona görə də o mənə deyirdi ki, sən öz adına heç nə saxlaya bilməzsən. Ruslan mənə məxsus olan mənzilləri öz adına keçirdikdən sonra evləri satıb. Sonra o, davamlı alkoqol qəbul etməyə başladı, mənə uşaqlarımın yanında əl qaldırırdı. Əvvəllər mən uşaqlarıma görə, ondan şikayət etmirdim. Amma axrıncı dəfə o məni çox pis döydü. Uşaqları otağa salıb qapını bağladı və başladı məni döyməyə. Uşaqların qışqırıb, qorxmağına baxmayaraq məni döyməyə davam etdi. Evin hər yeri qan olmuşdu".

Rim Geli bildirib ki, döyüləndən sonra o, boşanmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, məhkəmə 9 aya yaxın davam edib və qərar qarşı tərəfin lehinə olub:

"Uşaqlarımın məhkəmədə də mənimlə qalmaq istəklərini deməklərinə baxmayaraq məhkəmə qəyyumluğu atalarına vermək barədə hökm çıxardı".

Rim Gelinin keçmiş həyat yoldaşı Ruslan Orucov açıqlamasında iddiaların əsassız olduğunu bildirərək keçmiş həyat yoldaşının bacısı İsveçrə vətəndaşı olduğuna görə uşaqları da İsveçrəyə apara bilmək üçün bu iddialara baş vurduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun