Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya iki nazir və bir xidmət rəhbərini işindən azad etməklə bağlı müraciət edib.
İşindən azad edilənlər xarici işlər naziri, müdafiə naziri və təhlükəsizlik xidmətinin rəhbəridir.
Bu haqda Ukrayna prezidentinin şəxsi saytında məlumat verilib.
Bundan başqa Zelenskinin baş prokuror Yuliya Luçenkonu da işindən azad edəcəyi gözlənilir.
Bundan öncə mayın 20-də Zelesnkinin inaqurasiyası vaxtı müdafiə naziri Stepan Poltorak özü istefa vermişdi. Müdafiə nazirinin arxasıyca XİN rəhbəri və təhlükəsizlik xidmətinin rəbəri də istefa ərizələrini yazıb.
Baş prokuror Yuliya Luçenko isə mayın əvvəllərində Zelenski tərəfindən təzyiqlərə məruz qalmasından şikayətlənmişdi. Luçenko Zelenskinin komandası tərəfindən hücumlara məruz qaldığını deyirdi.