25 May 2019
Mətni dəyiş
Dünyanın ən böyük internet ensiklopediyası Wikipedia, iki il öncə Türkiyə höküməti tərəfindən bloklanması əleyhinə məhkəmə işini Avropa İnsan Haqqları Məhkəməsinə (AİHM) daşıyıb. Bu haqda "Cumhuriyet" qəzeti məlumat yayıb.
Wikipedia Türkiyədə 2017-ci ili aprel ayında yayımlanan iki məqaləyə görə bloklanıb. Türkiyə höküməti Wikipedidan bəhs olunan həmin iki məqalənin silinməsini tələb etmiş, sayt isə bunu qəbul etmədiyi üçün Türkiyə ərazisində bloklanmışdı.
Bu gün Wikipedianın da daxil olduğu Wikimedia Beynəlxalq Fondunun təmsilçisi Katherine Maher jurnalistlərlə internet üzərindən qurduğu press konfransda AİHM-ə müraciət edəcəklərini bildirib. Maher Türkiyənin onları bu hala gətirib çıxardığını deyib.
Wikimedia Fondu bəyanatında bildirib ki, Wikipedia saytına qoyulan bloklanmanı aradan qaldırmaq üçün ölkə daxilində bütün instansiya məhkəmələrinə müraciət etsələr də etirazları qəbul edilməyib. Türkiyə Konstitusiya Məhkəməsinə müraciətlərinə isə üstündən iki il keçsə də hələlik Wikimediya Fondu heç bir cavab verməyib.
Wikimedia Fondu bəyan edir ki, ensiklopediya saytına qadağa qoyulması Avropa Birliyi ilə Türkiyə arasındakı razılaşmanın ifadə azadlığından bəhs edən 10-cu maddəsinə ziddir. Türkiyə höküməti Wikipedianı bloklayaraq vətəndaşlarını məlumat almaq azadlığını məhdudlaşdırıb.
Qeyd edək ki, Wikipedianın bloklanma səbəbi haqda Türkiyə höküməti rəsmi açıqlama verməsə də, Türkiyə mediyasının yazdığına görə onliayn ensiklopediyadakı bir məqalədə Türkiyə Suriyada vətəndaş müharibəsini ilk başladanlardan biri və terror təşkilatlarını dəstəkləyən tərəf kimi təqdim olunub.