Vəkil: "Azərpoçt Avropa Məhkəməsinə şikayətlərin göndərilməsinə mane olur"

Vəkil: "Azərpoçt Avropa Məhkəməsinə şikayətlərin göndərilməsinə mane olur"
14 May 2019
Mətni dəyiş

Vəkil Elçin Sadıqov Azərpoçta bağlı Poçt Daşıma Mərkəzinin siyasi məhbusların işləri üzrə şikayətlərin Avropa Məhkəməsinə gönədrilməsinə mane olduğunu bəyan edib. Bu haqda vəkil açıqlama yayıb.

Elçin Sadıqov bəyan edib ki, Əfqan MuxtarlıNemət Pənahlının işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlər heç bir əsas olmadan Azərpoçtun PDM-ində saxlanılır, təyinat ölkəsinə göndərilmir. Yəqin ki, sonradan itirildi kimi rəsmişədiriləcək.

Vəkilin sözlərinə görə, Azərbaycan höküməti İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 34-cü maddəsini kütləvi şəkildə pozaraq, ərizələrin AİHM-ə göndərilməsinin qarşısını qanunsuz olaraq alır.

E.Sadıdov bildirib ki, bu gün (15 may - red.) Ə. Muxtarlı və N. Pənahlının məktublarının qanunsuz olaraq saxlanılması ilə bağlı rəsmi şikayət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun