Ukrayna Rusiyanı Beynəlxalq Dəniz Məhkəməsinə verərək qalib gəlib

Ukrayna Rusiyanı Beynəlxalq Dəniz Məhkəməsinə verərək qalib gəlib
26 May 2019
Mətni dəyiş
Beynəlxalq Dəniz Hüququ Məhkəməsi Rusiyaya çağırış edərək keçən ilin sentyabr ayında girov götürdüyü 24 ukraynalı dənizçini buraxmağı və ələ keçirdiyi üç ukrain gəmisini geri qaytarmağı tələb edib. Almaniyanın Hamburq şəhərində baş tutmuş məhkəmədə çıxarılan qərara görə Rusiyadan girov götürdüyü 24 dənizçini geri vermək tələb olunsa da, Rusiya məhkəmənin qərarına etiraz edib və bu məhkəmə işinin hələ uzanacağını deyib. Qeyd edək ki, keçən ilin 25 sentyabrında rus donanması işğal etdiyi Kırım yaxınlığındakı Kerç boğazında üç Ukrayna gəmisini girov götürmüş, gəmi heyətini həbs etmişdi. Rusiya Kırımın ilhaqından bəri Qara dənizin şimalındakı Kerç boğazını əhatə edən Azov dənizini öz daxili suyu elan edib. Ukrayna və Qərb ölkələri isə iddia edir ki, Rusiya Ukraynaya aid gəmilərə beynəlxalq sularda hücum edərək ələ keçirib və Kırıma yaxın ukrain limanı olan Mariopolu mühasirə vəziyyətində saxlamağa çalışır. Rusiyanın Xarici İşlər Nazirliyinin tərəfindən edilən açıqlamaya görə isə Kerç boğazında baş vermiş hadisələr Rusiyanın daxili işidir və Beynəlxalq Dəniz Hüququ Məhkəməsinin bu işə görə qərar çıxarmağa səlahiyyəti yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun