"Abzas" Böyük rus yazıçısı Lev Tolstoyun özünün və yaxınlarının xatirələrinə əsaslanaraq onun Almaniyada keçirdiyi illər, alman musiqisi və fəlsəfəsi ilə münasibətləri haqda məqaləni təqdim edir.
Lev Tolstoyun Rusiyada ailəsinə məxsus kənd olan Yasnaya Polyanada yaşadığı çox adam tərəfindən bilinir. Ancaq Tolstoyun Rusiyadan sonra ən çox yaşadığı və gedib-gəldiyi ölkənin Almaniya olduğunu çox az adam bilir. Tolstoyun həm də Rusiyadan sonra ən çox oxunduğu ölkənin də Almaniya olduğu az bilinən həqiqətlərdəndir.
Təkcə “Anna Karenina” romanı 1885-ci ildə alman dilinə tərcümə olunduqdan sonra indiyədək Almaniyada 20 dəfədən çox təkrar və təkrar çap olunub. Alman milli kitabxanasının kataloqunda isə Tolstoya məxsus və Tolstoy haqda 500-dən artıq kitab car. Onlar arasında 1891-ci ildə çap olunmuş Tolstoyun əsərlərinin küllüyyatı da var!
Bəs, Tolstoyu Almaniya ilə nə bağlayırmış? Sən demə Tolstoy uşaqlığından alman dilini öyrənib, bu dildə səlis danışırmış. O onlarca dəfə Almaniyaya gedib-gəlibmiş. Onun gündəliklərində və qeyd dəftərçəsində alman deyimləri, alman atalar sözləri tez-tez qarşımıza çıxır. Bundan əlavə Tolstoy Almaniyada yaşayan bir çox pərəstişkarı ilə mütəmadi məktublaşırmış.
Maariflənmiş ağa və onu anlamaq istəyən kəndliləri
Yazıçı alman dilini ailə müəllimi, miliyyətcə alman olan Fridrix Ryosseldən öyrənibmiş. Tolstoygilin evlərində onu Fedor İvanoviç adlandırırlarmış. Sonralar yazıçı həmin müəllimini “Uşaqlıq” adlı xatirələrində canlı və detallı əks etdirir. Tolstoyun kiçik qızı Aleksandra Lıvovna atasının danışdığı əhvalatlara əsasən deyirdi ki, Defor İvanoviç “dünyanın ən mehriban insanı, Tolstoy ailəsinə ən yaxın və ən çox bağlılığı olan insanlardan biri idi. Uşaqlar onu sevirdi”.
Tolstoyun yeniyetmə yaşlarında dünya görüşünün formalaşmasında daha bir alman möhkəm təsir etmişdi. Bu Kazan universitinin hüquq fakültəsinin professoru, təhkimçilik hüququnu tənqid edən Dmitri İvanoviç Meyer olub. O, istedadlı tələbəsi Tolstoya II Yekatrinanın yazdığı manifesti “Öyüd” haqda və fransız yazıçısı Monteskyonun “Qanunun ruhu” adlı traktatı haqda elmi iş yazmağı təklif etmişdi.
Tolstoyu böyük filosf Russonun ideyaları ilə də məhz Meyer tanışdırmış, o ideyalar gələcəyin böyük yazıçısı və humanistini bütün həyatı boyu müşayət etmişdi. Doğrudur qraf Tolstoyun gənclik yaşlarında doğma kəndi Yasnaya Polyanada maarifçilik işləri aparması və təsərrüfata başçılıq etməsi elə də mümkün olmamışdı. Kəndlilər “maariflənmiş ağaya” elə də inanmırdılar və xalqı da “təhsilləndirmək” mümkün olmamışdı.
[caption id="attachment_77476" align="aligncenter" width="640"]
Lev Tolstoyun çar ordusunun zabiti olduğu illər.[/caption]
"Özüm də murdaram" : Tolstoy ruletkanın xəstəsi imiş
Gerçəklik odur ki, Lev Nikolayeviç Almaniyaya gedib-gəldiyi vaxtlarda, xüsusilə də gənclik illərində heç də orda əxlaqi özünütərbiyə ilə məşğul olmurdu. Belə ki, Baden-Badendə keçirdiyi bütün vaxt ərzində o kazinolardan çıxmazmış. Daha maraqlı bir fakt da odur ki, Tolstoy, məhz Dostoyevskinin ilhamlanaraq “Qumarbaz” romanını yazdığı həmin kazinoda, həmin yaşıl mahudun üzərində oynamağı sevərdi.
Tolstoy ehtiraslı bir qumaqrbaz idi və hər şeyini uduzana qədər oynayardı. “Əziz dostum Seryoja, - deyə o qardaşına yazırdı. – Sənə ləyaqətimlə etiraf edim ki Baden-Badendə ruletka oynayarkən hər şeyimi uduzmuşam”. Tolstoy ilk dəfə Baden-Badenə 1857-ci ildə gəlib. O bura özünü idarə etməkdə çətinlik çəkən şıltaq bir əsilzadə balası kimi gəlmişdi. Ancaq, onun artıq 29 yaşı vardı və Krımdakı Sevastapol qalasının müdafiəsində göstərdiyi rəşadətə görə Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu. Di gəl ki, belə hörmətli ailədən olan, belə gözəl kariyeraya sahib gənc oğlan qumara olan ehtirasını boğa bilmirdi. O hər şeyini uduzur, sonra rus dostlarından borc götürür (o vaxt Baden-Badendə ruslar çox yaşayırmış) – yenə də hər şeyini uduzur. “Lənətə gəlsin, yenə qaçıram ruletka oynamağa” – deyə Lev Nikoloyeviç öz gündəliyində yazırdı. Ardıyca isə: “Xalq murdardır. Ondan çox da özüm murdaram”.
Musiqiçi Lev Tolstoy
Tolstoy bir müddət Baden-Badendə yaşadıqdan sonra bu şəhərdən çıxıb getməyə qərar verir, Avropa boyunca səyahət etməyə başlayır, ardıyca isə Rusiyaya qayıdır. Xeyli şeyini itirəndən sonra, xeyli də gəzib dolaşandan sonra yenidən əxlaqi kamilləşmə yoluna qədəm qoyur. O öz evinə qayıtdıqdan sonra alman filosoflarını öyrənməyə çox vaxt ayırır. Məsəlçün, “İncəsənət nədir?” adlı fəlsəfi traktatında Hegeldən, Fixtedən, Şellinqdən, Şopenhauerdən, Kantdan sitatlar gətirir...
[caption id="attachment_77477" align="aligncenter" width="1200"]
Lev Tolstoy və həyat yoldaşı Sofiya Andreyevna. Birlikdə mehriban şəkillərinə baxmayaraq, Tolstoyun xanımı ilə aralarında çox gərgin münasibətləri olduğu bilinir.[/caption]
1862-ci ildə Tolstoy evlənir. Onun həyat yoldaşı Sofiya Andreyevna Bers də alman mənşəlli idi: Soviyanın atası həkim və hökümətdə mülki müşavir kimi çalışırdı, Bersgilin ailələri Ostsee dvoryanlarından gəlirdi.
Tolstoyun Almaniya ilə başqa bir əlaqəsi isə musiqi vasitəsilə yaranmışdı. O fortopianoda əla ifa edir və hətta özü musiqilər bəsdələyirdi. Onun sevimli bəstəkarları alman Bax, Bethoven, Hendel və Şopen idi. Tolstoyun yazdığı “Kreyçer sonataları” adlı povesti isə Bethovendən təsirlənərək yazılmışdı. Lev Tolstoyun həmçinin bir məşhur musiqi əsəri də varmış. Onun bir musiqiçi ilə birlikdə yazdığı valsı 1978-ci ildə çəkilmiş rus filmi “Serqey Ata”da səsləndirilib.