Surqut aeroportuna adı verilən Fərman Salmanov kimdir?

Surqut aeroportuna adı verilən Fərman Salmanov kimdir?
1 İyun 2019
Mətni dəyiş

Rusiyanın şərqindəki Surqut şəhərinin aeroportu görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

Rusiya hava limanlarına "ölkə qarşısında xüsusi xidmətləri olan" şəxsiyyətlərin adlarının verilməsi barədə qərar prezident Vladimir Putin tərəfindən imzalanıb.

Rusiya dövlət başçısının fərmanı az qala 50 aeroporta görkəmli şəxslərin adlarının verilməsinə dair Velikiye imena Rossiyi (Rusiyanın dahi adları) adı ilə ötən il keçirilən səsvermənin yekunlarına əsaslanır.

Surqut şəhəri üzrə qalib gələn Fərman Salmanovun namizədliyi səslərin az qala 60 faizini cəlb edib.

Surqut, Sibiridə yerləşən Xantı-Mansi muxtar dairəsinin ikinci ən böyük şəhəridir.

Fərman Salmanov kimdir?

2007-ci ildə vəfat etmiş Fərman Qurban oğlu Salmanov 60-cı illərin əvvəlində Sibirdə nəhəng neft və qaz yataqlarını kəşf etməklə sovet neft sənayesinin inkişafına xüsusi töhfə verib.

O, Sosialist əməyi qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru olub. 1987-1991-ci illər arası SSRİ Geologiya nazirinin birinci müavini vəzifəsini tutub.

Rusiyanın dahi adları layihəsinin saytında Fərman Salmanovun xidmətləri tərif olunur:

"Surqutun ilk yaranması ulu babalarımızın baltalarının cingiltisi ilə müşayiət olunub. İkinci dəfə isə şəhər güclü neft fontanlarının uğultusu ilə yaranıb.

1957-ci ilin payızında gənc mühəndis Fərman Salmanovun rəhbərliyi altında neft yataqlarını axtaran geoloji-kəşfiyyat ekspedisiyası Surquta gəlib.

1962-ci ilin 15 noyabrında Qərbi-Surqut neft yatağı kəşf olunur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun