Sumqayıtda musavatçının 13 yaşlı oğlunu polisə çağırıblar: atasına görə

Sumqayıtda musavatçının 13 yaşlı oğlunu polisə çağırıblar: atasına görə
4 May 2019
Mətni dəyiş
Dünən Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü Sərvər Hüseynov və 13 yaşlı oğlu Səid Hüseynzadə Sumqayıtda polis şöbəsinə çağrılıblar. Bu haqda Musavat Partiyasının mətbuat orqanı olan "Bastainfo" saytı məlumat yayıb. Bu haqda Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Elşad İsrafilov məlumat verib. “Şöbədə bunun profilaktik tədbir olduğunu bildiriblər. Qohumları haqqında izahat aldıqdan sonra buraxdılar.  Qoşqar Xəlilov adlı bir təsübkeşimiz də feysbukdakı yazılarına görə dünən polis şöbəsinə çağırılıb. Ona da nədən müxalifət yönümlü olduğunu, mitinqlərdə niyə iştirak etdiyini soruşublar, ailə tərkibi haqda məlumat aldıqdan sonra sərbəst buraxıblar”, – deyə, Elşad İsrafilov bildirib. Təkilat sədri qeyd edib ki, bundan öncə 19 yanvar mitinqində 10 nəfər polis şöbəsinə çağırılıbmış: “Bunların fikrincə, bizləri qorxutmaq istəyirlər, amma bunu bacarmayacaqlar. Hər yola əl atırlar 13 yaşlı uşağı polisə çağırmaq nə deməkdir?! Polisin hərəkətləri tamamilə qanuna zidd hərəkətdir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun