3 May 2019
Mətni dəyiş
Son bir il ərzində ukrayna ordusu Donbassda 24 kvadrat kilometri, yəni üç yaşayış məntəqəsini rus separatçılarından azad edib. Bu haqda Ukrayna ordusunun "Birləşmiş qüvvələr əməliyyatı"nın komandiri Serqey Naev keçirdiyi brifinqdə deyib.
"TASS" xəbər agentliyi brifinqdən xəbər verir ki, Ukrayna ordusunun əməliyyatları zamanı 1300 adam həbs olunub, onların 415-i qeyri-qanuni hərbi qruplaşdırmalarda iştirakda şübhəli bilinir.
Keçən ilin avqustunda isə Serqey Naev bildirmişdi ki, Ukrayna hərbi qüvvələri Donbassdan 15 kvadrat kilometr ərazini işğaldan azad edib və 449 nəfəri qeyri-qanuni hərbi qruplaşdırmalarda iştirakda şübhəli bilərək həbs edib.
Donbassda birləşmiş qüvvələrin əməliyyatları Ukrayna silahlı qüvvələrinin rəhbərliyi ilə 2018-ci ilin 30 aprelindən başlanıb. 2014-cü ildən 2018-ci ilə qədər isə bu işləri Ukrayna Təhlükəsizlik xidmətinin antirerror mərkəzi rəhbərlik edirmiş.
Ukrayna höküməti Rusiyanı Donbass münaqişəsinə qarışmaqda ittiham edir. Rusiya isə dəfələrlə bu münaqişədə iştirakının olmadığını bəyan edib.