5 May 2019
Mətni dəyiş
Şimali Koreyada 10 milyondan çox insan, əhalinin təqribən 40 faizi mütəmadi aclıq qarşısındadır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son illərki quraqlığın ucbatından ölkədə aclıq get-gedə daha ciddi problemə çevrilməkdədir.
Bu haqda BMT-nin KXDR-dəki Beynəlxalq məhsuldarlıq proqramı missiyasının yaydığı hesabatda bildirilir. BMT ekspertləri aprelin əvvəllərindən bəri Pxenyanda işləyirlər.
Beynəlxalq təşkilatlar hələlik Şimali Koreyanın daha çox ehtiyac içində olan hissəsinə, qadınlara və uşaqlara yardımlar göstərirlər. Bu yardımlar uşaq bağçaları və xəstəxanalar vasitəsilə yayılır.
ABŞ dövlət departamenti ölkədəki acınacaqlı vəziyyətə görə KXDR hakimiyyətini ittiham edir. Dövlət departamentinin iddiasına görə Şimali Koreya höküməti "qeyri-qanuni nüvə proqramını inkişaf etdirmək üçün vətəndaşların maraqlarını tapdalayır".
Xatırladaq ki, bundan öncə 1990-cı illərin ortalarında Şimali Koreyada 3 milyona qədər insan aclıqdan həlak olmuşdu.