Saakashvili Ukraynaya qayıdıb [video]

Saakashvili Ukraynaya qayıdıb [video]
30 May 2019
Mətni dəyiş

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili mayın 29-da Ukraynaya gəlib.

Onu hava limanında qarşılayan yüzlərlə insan “Mişa! Mişa!” çağırışını səsləndirirdi. Saakashvilini məxsusi olaraq onun üçün yapılmış çörəklə qarşılayıblar.

Azadlıq Radiosunun məlumatına görə, Ukrayna dövlət sərhədi xidmətinin müşaviri Andrey Demchenko bildirib: “Vətəndaş Saakaşvili barədə prezident fərmanı var və buna görə də sərhədçilərin ona heç bir sualı ola bilməz”.

Saakashvili deyib ki, ona Ukrayna vətəndaşlığının qaytarılması Zelenskiy-nin “prezidentə layiq cəsarətli addımıdır”.

O, habelə bildirib ki, heç bir “şəxsi peşə ambisiyaları yoxdur” və hər hansı bir dövlət vəzifəsi tutmaq niyyətində deyil.

Lakin onun təsis etdiyi “Yeni qüvvələrin hərəkatı” təşkilatı mayın 29-da Radaya seçkidə iştirak edəcəyini bildirib.

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin onun Ukrayna vətəndaşlığını bərpa etməsini alqışlayıb, bunu “cəsur və dəyərli prezidentin cəsarətli addımı” adlandırıb. Saakashvili mayın 28-də AzadlıqRadiosu-nun Ukrayna xidmətinə müsahibə verib. Polşadan Skype ilə müsahibəsində Saakaashvili deyib ki, keçmiş prezident Petro Poroshenko-nun onun vətəndaşlığını alması “dəyərsiz prezident tərəfindən qorxaq hərəkət” idi. O, dəstək gördüyü ukraynalılara təşəkkürünü bildirib, “onu Ukraynada görmək istəyən çoxsaylı adamlarım olmasından əminliyini” ifadə edib. Saakashvili deyib ki, Zelenskiy-nin onun Ukrayna vətəndaşlığını “çox sürətlə” bərpa etməsi “onun xarakterini” göstərir.
O, dəstək gördüyü ukraynalılara təşəkkürünü bildirib, “onu Ukraynada görmək istəyən çoxsaylı adamlarım olmasından əminliyini” ifadə edib. Poroshenko və Saakashvili-nin münasibətləri korrupsiya iddialarından dolayı pisləşincə, Poroshenko 2016-cı ildə onu qubernatorlurdan çıxarıb. 2017-ci ilin iyulunda Saakashvili Yeni Qüvvələr Hərəkatı adlı müxalifət partiyası yaradıb. Bundan sonra Poroshenko onun Ukrayna vətəndaşlığını ləğv edib. Saakashvili 2018-ci ilin fevralında Kiyevdə saxlanıb, aeroporta aparılaraq Polşaya yola salınıb. Ukrayna sərhəd xidməti onun 2021-ci il fevralın 13-dək ölkəyə girişini yasaqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun